ŞƏRTLƏR

Sürücünün yaşı:
Sürücünün minimum 21, maksimum 60 yaşı olmalı, onun minimal sürücülük stajı bir il təşkil etməlidir. Avtomobillərin icarəsi ilə bağlı yaşla əlaqədar ödənişlər:
Cavan sürücü paketi (18-21 yaş) – 8 AZN gündəlik, maksimal məbləg 50 AZN. Yaşlı sürücu paketi (60-80 yaş) – 7 AZN gündəlik, maksimal məbləg 45 AZN.

Əlavə sürücü:
İcarəyə götürülmüş avtomobili yalnız icarə müqaviləsində adı çəkilən şəxslər idarə edə bilər. İcarə müqaviləsinin şərtlərinə əsasən, icarə haqqına bir əlavə sürücünün qeyd edilməsi 3 AZN gündəlik, maksimal məbləg 10 AZN təşkil edir.

Avtomobilin çatdırılması:
Avtomobilin hava limanına və ya otelə çatdırılması, icarə müddəti 3 gündən artıq oldugda, pulsuzdur. Menecer sizi adınız yazılmış lövhəylə razılaşdırılmış yerdə qarşılayacaq.

Franşiza:
Franşiza – YQH zamanı zədələnmiş avtonəqliyyatın təmiri ilə əlaqədar xərclərin bir qisminin müştəri tərəfindən ödənilməsini nəzərdə tutan şərtdir. Ödənilən hissə franşiza adlanır. Əgər siz avtonəqliyyat vasitəsini zədələmisinizsə, bu halda siz təmir üçün yalnız franşiza ilə müəyyən edilmiş məbləği ödəyirsiniz.
Sadə sığorta şərtlərinə əsasən avtonəqliyyatın qaçırılması və ya zədələnməsi üçün franşiza məbləği vergilər daxil olmaqla 350 AZN təşkil edəcək.
Tam sığorta şərtlərinə əsasən avtonəqliyyatın qaçırılması və ya zədələnməsi üçün franşiza mədləği sıfıra bərabərdir. Sığorta yalnız icarə müqaviləsinin bütün şərtləri təmin olunduğu zaman etibarlıdır. Tam sığortalanma şərtləri haqqında məlumatı siz “Sığortalanma və sığortanın əhatə dairəsi” bölməsindən əldə edə bilərsiz.

Depozit:
Avtomobili icarəyə götürərkən sizin kredit kartınızda müəyyən edilmiş depozit məbləği bloklanacaq və ya nəğd şəkildə girov götürüləcək. Depozit məbləği sizin seçdiyiniz sığorta paketindən aslıdır. Sadə sığorta paketini seçdikdə vergilər daxil olmaqla depozit məbləği 300 AZN, Tam sığorta paketini seçdikdə isə 100 AZN təşkil edəcək. Depozitin əsas məqsədi müştəriləri avtonəqliyyatdan ehtiyatla istifadə və yol hərəkatı qaydalarına riayyət etmələrinə sövq etməkdir. Əgər avtomobilin icarəsi uğurla və heç bir sığorta halı baş vermədən bitibsə, depozit olunan məbləğ 4-7 gün ərzində blokdan çıxarılacaq.

Sürmə məsafəsinin məhdudluğu:
Avtomobilin sürülmə məsafəsi gündəlik 200 kilometrnən məhdudlaşdırılır və kilometraj həddi keçdiyi halda hər əlavə km üçün odəniş 0.15 AZN AZN təşkil edir.

Avtomobil icarəsi şərtləri:
Ən azı bir il əvvəl verilmiş və etibarlı olan sürücülük vəsiqəsi. Avtomobili kirayə edərkən müştəri pasportunu, vauçeri və etibarlı kredit kartını təqdim etməlidir.

Avtomobilin kirayə müddəti:
Avtomobilin minimal kirayə müddəti 2 gündür. Avtomibilin qaytarılması vaxtından 2 saat gecikdirilərsə icarədar müştəridən əlavə kirayə gününün haqqını alır.

Ödəniş üsulları:
Ödəniş (Visa / MasterCard) kredit kartları vasitəsi ilə və ya nəğd yolla həyata keçirilir.

Avtomobilin sinifi:
Təqdim olunan avtomobillər bizim anoloji kateqoriyaya aid avtomobillərə aid ən geniş yayılmış modellərdir. Biz sizə seçdiyiniz və ya onun anoloqu olan, eyni mühərrik tipinə və həcimə məxsus avtomobil təqdim edəcəyik. Biz sizə icarəyə götürülən avtomobilin marka və modelinin veb səhifəmizdə gördüyünüz modellərlə eyni olacağına zəmanət vermə bilmərik.

Bronun ləğv edilməsi:
Yalnız saytımız vasitəsilə edilən bronları pulsuz ləğv edilməsi münkündür. Əgər bronun ləğv etmək istəyirsinizsə bu veb ünvana keçin.

Kirayə məbləğinə daxil deyil:
İstifadə olunmayan kirayə günləri. Əgər icarəçi avtomobili əvəlcədən planlaşdırılmış müddətdən əvvəl qaytarırsa, istifadə olunmayan günlərin haqqqı müştəriyə qaytarılmır.
İcarə müddəti ərzində yol hərəkəti qaydalarını pozduğuna görə cərimələr kirayəçi tərəfindən tam ödənilir.
Avtomibilin qaytarılması vaxtından 2 saat gecikdirilərsə icarədar  müştəridən əlavə kirayə gününün haqqını alır.
Kirayəçi avtomobili lazım olan halda, səliqəli və təmiz qaytarmırsa, avtomobilin təmizlənməsi üçün əlavə 20 AZN tutulur.
Avtomobil az miqdarda yanacaqla qaytarıldıqda kirayəçidən əlavə ödəniş – yanacqın qiyməti və 10 AZN servis xərci alınır.
Kirayə müddətinin sonunda istifadə olunmayan yanacağa görə geriyə ödəniş ödənilmir.

İcarə haqqına daxildir:
Sayt vasitəsilə avtomobil bron edərkən siz 200 kilometr yürüş əldə edirsiz.
Bakı şəhəri daxilində avtomobilin müştəriyə pulsuz çatdırılması.
Sənədləşmə.
İlin fəslinə uyğun təkərlər.
Üçüncü tərəfin vətəndaş məsuliyyəti.
Bütün vergilər avtomobilin icarə haqqına daxildir.

Əlavə avadanlıq:
GPS naviqasiya sistemi – 8 AZN.
Uşaq oturacağı (1-3 yaş) – 8 AZN.
Əlavə limitsiz yürüş, istəyinizə uyğun siğorta paketlərini icarənin başlanma zamanı müqavilənizə əlavə edə bilərsiniz.

Sərhədin keçilməsi:
Avtomobilin ölkə hüdüdlarından çıxarılması qadağandır. Şirkətin razılıgı və müəyyən olunmuş əlavə ödəniş ilə ölkədən kənar avtomobili idarə edə bilərsiniz.

Reys haqqında məlumat:
Sizdən aviareysiniz haqqında dəqiq məlumat verməyiniz xahiş edirik. Reysiniz gecikdirilərsə, bizim əməkdaşın reysi izləmək imkanı olmayacaq və avtomobili çatdırmağımıza bu zaman zəmanət verə bilməyəcik.

Sığortalanma və sığortanın əhatə dairəsi:
Kasko  – İcarə müddəti zamanı zədələnmiş avtomobilin təmirinə görə ödəyəcəyiniz məbləğ franşiza məbləğinə bərabər olacaq. Təmir müddəti zamanı şirkətin çəkə biləcəyi maddi itgilər franşızaya daxildir. Sığorta icarə müqaviləsinin bütün şərtlərinə əməl olunduğu halda güvəsindədir.
İcbari  – Sığorta sürücünün üçüncü tərəfə dəyə biləcək ziyanın ödəmə öhtəliyini əhatə edir. Təmir müddəti zamanı şirkətin çəkə biləcəyi maddi itgilər bu sığortaya daxildir. Sığorta icarə müqaviləsinin bütün şərtlərinə əməl olunduğu halda güvəsindədir.
Avtovastənin qaçırılması hallarını əhatə edən sığorta  – Avtomobil qaçırıldığı halda siz yalnız müəyyən edilmiş franşıza məbləğini ödəyəcəksiniz.
Həyatın bədbəxt hadisələrdən sığortalanması – bu sığorta YQH zamanı sərnişinlərə dəyə biləcək fiziki xətəri öhtələmək halları üçün nəzərdə tutulur.
Tam sıgorta əhatəsi:  – Tam sığorta aşağıdakı məsələlərlə bağlı məhsuliyyəti ödəyir:
Avromobilin qaçırılması, korpusunun, altının, uz şüşəsinin, şüşələrin, güzgülərin, şinlərin, disklərin, akumulyatorun zədələnməsi halları.
Tam sığorta franşiza məbləğini 0 ra endirir.
Təmir müddəti zamanı şirkətin çəkə biləcəyi maddi itgilər bu sığorta ilə ödənilir.
YQH zamanı yol xərcləri sığorta ilə ödənilir.
Sığorta salonun zədələnməsini, çirklənməsini, açarların və avtomobil sənədlərinin itirilməsini, əhatə etmir. Sığorta yol hərəkəti qaydalarının pozulması zamanı kəsilən cərimələri əhatə etmir.
İcarə müqaviləsi şərtlərini kobud şəkildə pozularsa, təhlükəli, diqqətsiz, yol hərəkətı qaydalarının kobud şəkildə pozulması, avtomobilin alkoqol və narkotik vasitələrin təsiri altında idarə olunması halları baş verərsə sığorta öz güvvəsini itirir.

Vacib şərtlər:
Sifariş edərkən Siz təsdiq edirsiz ki, icarə şərtlərini tam oxuyaraq onları qəbul edirsiz. Avtomobili təhvil alarkən siz icarə müqaviləsini imzalamalısınız. Əgər icarə müqaviləsinin hər hansı bir şərti sizi qani etmirsə bunu icarədar şirkətlə müqavilə bağlayarkən müzakirə edin. Əgər sizin hər hansı bir sualınız varsa bu nömrəyə zəng edərək ətraflı məlumat ala bilərsiniz.
Maşında nasazlıq olarsa və ya YQH baş verərsə dərhal icaradar şirkətin meneceri ilə əlaqə saxlamanız vacibdir. Avtomobilin təmiri və dəyişdirilməsi yalnız şirkət tərəfindən həyata keçirilir. YQH baş verərsə polisdən hadisə haqqında hesabat tələb olunur. Qaydalara riayyət olunmazsa sığorta şərtləri güvvəsini itirəcək.
Avtomobil açarı itirilərsə onun dəyişdirilməsi xərclərini ödəməli olacaqsınız. (300 AZN)
Bütün hallarda yol hərəkatı qaydalarına uyğun olaraq sürücü və sərniçinlər avtomobilin hərəkatı zamanı təhlükəsizlik kəmərlərini taxmalıdırlar.
İcarəyə göterelən avtomobillərdə siqaret çəkmək qadağandır. Qaydalara riayyət olunmazsa icarəçi 40 AZN məbləğində cərimə olunacaqlar.
Avtomobilin icarəsi zamanı icarəçi başqa avtomobil seçə bilər. Avtomobilin sinifi dəyişərsə əlavə ödəniş alına bilər
İcarədar şirkət müştərilərinin hüquqlarına hörmətlə yanaşır və şəxsi məlumatlarınızın konfedensallığına zəmanət verir.
İcarədar şirkətin meneceri, icarəçinin sənədləri müəyyən olunan təlabatlara uyğun olmasa və ya kredit kartında depozit üçün kifayyət qadər vəsait olmasa, ona avtomobili icarəyə verməkdən imtina etmək hüququna malikdir.

There is no selected car class in current office. Please choose another Class!